- Baxış sayı: 39
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Azərbaycan millisinin futzalçısı Xətai Bağırov Liepaya şəhərində keçirilmiş Latviya ilə 2-ci yoxlama oyunundan sonra açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, 2:2 hesablı heç-heçəni belə şərh edib:
“İki gün ərzində iki oyun keçirdik. İlk matçın birinci hissəsini yaxşı oynadıq. Hətta matçın videosunu izləyəndə də baş məşqçi onun tapşırıqlarını yerinə yetirdiyimizi qeyd etdi. Ancaq həmin matçın ikinci hissəsini imkanlarımızdan zəif keçirdik. Bu da yorğunluq və heyətə yeni cəlb olunan oyunçularla bağlıdı. Çünki baş məşqçinin standart vəziyyətlərlə bağlı tapşırıqlarını bilmək vacibdir.
İkinci oyunda komanda yorğun idi. Taktiki planda da axsadıq. Ümumiyyətlə baş məşqçinin taktiki tapşırıqlarını oyunda yerinə yetirmək üçün xeyli əvvəldən yığışmaq, məşqlər keçmək lazımdı. Bu oyunun birinci hissəsinin sonuna yaxın büdrəmələr oldu. Təbii ki, doğma meydanda oynayan və azarkeşlərini sevindirməyə çalışan rəqib bundan istifadə edə bildi.
Oyun ərzində onların qapımız istiqamətində 4-5 zərbəsi oldu ki, bunlardan ikisini tora qovuşdurdular. Bir qədər bəxtləri də gətirdi. Etiraf edim ki, baxımlı qollar vurdular. Bu cür gözəl qolları 4 il əvvəl dünya çempionatında görmüşdük”.