- Baxış sayı: 36
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Qazaxıstan “Kayrat”ının baş məşqçisi Rikardo Kakau Sobrao Azərbaycanın “Xəzər adaları” futzal klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Allsport.az xəbər verir ki, o, komandasının 5:3 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:
“Çox yaxşı oyun idi. Rəqibimiz Azerbaycan çempionatının lideridir. Heyətində braziliyalı və ispaniyalı legionerlər top qovur. Rəqibin çərçivəsini Leo Olivyera kimi Braziliya yığmasının qapıçısı qoruyur. Araçanı 2005-ci ildən tanıyıram. Mən İspaniyada oynayanda o, “Novara”da çıxış edirdi. Bu cür komandayla oynamaq bizə də xeyirdir. Çünki, Qazaxıstan birinciliyindəki rəqiblərimizlə oyunlar asan keçir və çox vaxt 7:0, 8:0 hətta 10:0 hesabları qeydə alınır. Bu oyunu təhlil edib, zəif cəhətlərimizi görə biləcəyik.
Bu matçda Lukayan və Umberto kimi yeni oyunçularımızın nəyə qadir olduğunu görmək imkanımız oldu. Bizi qarşıda UEFA kuboku uğrunda çətin oyunlar gözləyir. Ona görə “Xəzər adaları” ilə oyun bizim üçün çox əhəmiyyətlidir. 5:3 hesabı özü mübarizənin gərginliyindən xəbər verir. “Xəzər adaları” Qazaxıstan çempionatında oynasaydı, sözsüz ki, əsas rəqibimiz olardı və onlara qarşı oyunlar finala bərabər səviyyədə keçərdi. Azərbaycan, Qazaxıstan və Rusiya futzalı getdikcə inkişaf edib, Avropaya şərqin gücünü göstərməlidir”.