Yağmur Abdullayevadan qızıl medal

Serbiyada ISF U-15 gimnaziada idman oyunlarının cüdo yarışları start götürüb.

Allsport.az xəbər verir ki, Luçani şəhərində baş tutan ilk yarış günündə Azərbaycan cüdoçuları 1 qızıl və 3 bürünc medal qazanıblar.

Qızların mübarizəsində 44 kq çəki dərəcəsində tatamiyə çıxan Yağmur Abdullayeva bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələnib. Fatiməyizəhraxanım Məmmədzadə (36 kq) və Nərgiz Məmmədova (40 kq) bürünc medala seviniblər.

Oğlanlar arasında isə Mehdi Məhəmmədəli 73 kq çəkidə bürünc medal qazanıb.

Oyunlarda 20 ölkədən 195 cüdoçu (112 oğlan, 83 qız) iştirak edir.

Həmin kateqoriyadan

azenrutr