- Baxış sayı: 64
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Ağdaş və Kürdəmir olimpiya idman komplekslərinin nəzdində yeni cüdo zalları fəaliyyətə başlayıb. Allsport.az xəbər verir ki, Azərbaycan cüdo federasiyası (ACF) tərəfindən müasir standartlara uyğun qurulan bu zallar yüksək keyfiyyətli tatamilər və digər zəruri avadanlıqlarla təchiz edilib.
Açılış mərasimində ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, kişilərdən ibarət yığma komandanın böyük məşqçisi Elxan Məmmədov, Ağdaş rayon icra hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Kürdəmir rayon icra hakimiyyətinin nümayəndələri, mərkəzi Aran regional gənclər və idman idarəsinin rəisi Azad Gözəlov və digər rəsmilər də iştirak ediblər.