Yeni futzal klubu yaradılıb. “Şuşa”nın əlavə dəstəyə ehtiyacı var

Ölkəmizdə yeni futzal klubu yaradılıb. Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın adını daşıyacaq komanda rəsmi qeydiyyatdan keçib və mübarizəyə 1-ci liqadan aparacaq. Azərbaycanda klub sisteminin dağılaraq bərbad olduğu dönəmdə, yenisinin fəaliyyəti idman ictimaiyyətində yüksək qarşılanıb.

Allsport.az saytına verilən məlumata görə, kollektivə Ramil Hüseynov baş məşqçilik edəcək. Tanınmış futzalçılardan Taleh Ağayev “Şuşa”nın kapitandır. Komanda heyəti formalaşsa da, bəzi mövqelərdə boşluq üzündən seçim edilir.

“Marafon” idman klubu məşqlərə hər şərait yaradıb. Adının hallanmasını istəməyən himayədar klubu top və geyimlə təmin edib. “Şuşa”ya əlavə dəstək olarsa, komanda ölkə çempionatında iddia nümayiş etdirmək niyyətindədir.

Həmin kateqoriyadan