- Baxış sayı: 33
- 21 Yanvar 2025 19:22
- Baxış sayı: 177
- Yanvar 19, 2025
- 0
IJF yeni reytinq siyahısını dərc edib. Allsport.az saytı xəbər verir ki, beynəlxalq federasiyasının hesablamasına əsasən mili komandamızda 60 kq-da çıxış edən Orxan Səfərov 1820 xalla 5-cidir. Bu çəkidə digər təmsilçimiz İlqar Müşkiyev 10-cudur (1058). Hər 2 mövqe idmançılarımızı Rio Olimpiadasında iştirak hüqüqü verir.
Zədə səbəbindən son yarışları buraxan Nicxat Şıxəlizadə yerini qoruyub. O, reytinqdə 11-cidir (1010). Bu çəkidə Tərlan Kərimov 442 xalla 36-cı sıradadır.
73 kq-da mübarizə aparan cüdoçuların rəqabətində Rüstəm Orucov 10-cu yerdədir (1234).
81 kq-da üst sıralarda tatami ustalarımızdan heç kim yer almayıb. Burada bizdən ən yaxşı göstərici 328 xalla 50-ci olan Məmməli Mehdiyevə məxsusdur. Şahin Qəhrəmanov (90 kq) 571 balla 28-ci mövqedədir.
İlk dünya çempionumuz Elxan Məmmədovla İrəvanın fatehi Elmar Qasımov (hər ikisi – 100 kq) reytinqdə yanaşı qərarlaşıblar. Bu cüdoçular müvafiq olaraq 4-5-ci yerdədirlər. Adı ilk çəkiən idmançının 1612, digərinin1565 xalı var.
+100 kq-da Uşanqi Kokauri 342 balal 43-cüdür. Qadınların rəqabətində Kifayət Qasımova (57 kq) 23-ci sıradadır (604).