- Baxış sayı: 35
- 21 Yanvar 2025 19:22
- Baxış sayı: 178
- Yanvar 19, 2025
- 0
Usta cüdoçulardan ibarət millimiz paytaxtda məşqlərini davam etdirirlər. Allsport.az saytı xəbər verir ki, «Neftçi baza» adlanan məkanında gündə 2 dəfə hazırlıq keçən yığma komandamızı qarşıda yeni məsul yarışlar gözləyir.
ACF-in mətbuat katibi Ceyhun Kələntərovun verdiyi məlumata görə, 23 yaşadək gənclərimiz ayın 14-16-da Polşanın Vroslav şəhərində Avropa birinciliyində iştirak edəcəklər. Ustalarımız, öz növbəsində, 27-29 noyabrda Koreyanın Jeju şəhərində qran-pridə reytinq xallarını artırmağa çalışacaqlar. Bu səfərə qədər tatami ustalarımız «Sərhədçi» Olimpiya İdman Kompleksində ölkənin ən güclülərini müəyyənləşdirəcəklər.
Son rübün ən ciddi sınağı Tokioda olacaq. Millimiz 5-7 dekabrda «Qızıl Dəbilqə» turnirində çıxış edəcək. Amma Hacıağa Hacıəhmədovun komandası Vətənə erkən dönməyəcək. Cüdoçularımız Yaponiya paytaxtında 10 günlük beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəklər.