Yeniyetmə cüdo millimiz Avropa kubokunda 1-ci olub

Sloveniyanın Koper şəhərində yeniyetmə cüdoçuların Avropa kuboku sona çatıb. Allsport.az saytı xəbər verir ki, yarışın sonuncu günü də Azərbaycan millisi üçün uğurlu olub.

Azər Yaqub İsmayılzadə (90 kq) və Toğrul Salmanov (+90 kq) bütün rəqiblərinə qalib gəliblər. Digər təmsilçimiz İbrahim Ağakişiyev (81 kq) isə bürünc medala sahib olub.

Bununla da, komandamız cəmdə 4 qızıl, 1 gümüş və 2 bürünc medalla ümumi hesabda bütün ölkələri qabaqlayaraq 1-ci yeri tutub.

Həmin kateqoriyadan