- Baxış sayı: 67
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 79
- Dekabr 05, 2025
- 0

Avropa cüdo birliyinin təqviminə əsasən 8-9 martda Antalyada yeniyetmə cüdoçular arasında Avropa kuboku keçiriləcək.
Allsport.az xəbər verir ki, Azərbaycan yarışda 16 çəki dərəcəsində 25 oğlan və 28 qız cüdoçu ilə təmsil olunacaq.
Yeniyetmə oğlanlardan ibarət komandaya baş məşqçi Emin İsgəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmaya baş məşqçi Elnur İsmayılov və məşqçi İmamverdi Məhəmmədov rəhbərlik edəcək.