- Baxış sayı: 35
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
23-27 avqustda Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmə cüdoçuların dünya çempionatı keçiriləcək.
Allsport.az saytı xəbər verir ki, oğlanlarda baş məşqçisi Rüstəm Alimli, və məşqçilər Nicat Şıxəlizadə və Emin İskəndərovun rəhbərliyi ilə Məhəmməd Məmişov (50 kq), Nihad Məmişov (55 kq), Ayxan Mirzəzadə, Mirxaliq İskəndərov (hər ikisi – 55 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov, Cəsur İbadlı (66 kq), Süleyman Şükürov (73 kq), Aslan Kotsoyev (90 kq) və Ramazan Əhmədov (+90 kq) tatamiyə çıxacaqlar.
Qızlarda baş məşqçisi Elnur İsmayılov və məşqçisi Kifayət Qasımovanın rəhbərliyi ilə Nigar Məmişova (40 kq), Məryəm Bayramzadə (44 kq), Vüsalə Hacıyeva (48 kq), Xədicə Qədəşova (52 kq), Kamilla Toholiyeva (63 kq) mübarizə aparacaqlar.