Yeniyetmə cüdoçularımız Avropa birinciliyinə 3 medalla başladı

Yeniyetmə cüdoçularımız Finlandiyada keçirilən Avropa birinciliyinin ilk günü möhtəşəm qələbələrə nail olublar. Allsport.az saytı xəbər verir ki, millimiz qitənin nüfuzlu yarışında 2 qızıl və 1 bürünc medal qazanıb.

50 kq-da Rövşən Əliyev Ermənistan, Rumıniya ve Macarıstan cüdoçularını məğlub edərək qızıl medala sahib olub. Bu çəkidə çıxış edən digər idmançımız Raşxan Baxşəliyev bürünc medal uğrunda mübarizədə israilli İdo Raba qalib gəlib.

Əhməd Yusifov (55 kq) Türkiyə, Niderland, Serbiya, İtaliya və Belarus təmsilçilərinə qalib gələrək, Avropa çempionu adına yiyələnib.

Qeyd edək ki, 41 ölkədən 421 idmançının (238 oğlan, 183 qız) mücadilə etdiyi Avropa çempionatında Azərbaycan millisi 16 nəfərlə(10 oğlan, 6 qız) təmsil olunur.

Həmin kateqoriyadan