- Baxış sayı: 32
- 27 Noyabr 2024 18:17
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
İspaniyanın Fuengirola şəhərində yeniyetmə çüdoçular arasında Avropa kubokuna start verilib. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günü millimiz üçün uğurlu olub, komanda üzvləri 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.
Ayxan Tanrıverdiyev (55 kq), Vüsal İbrahimov (60 kq) və Vüsalə Kərimova (40 kq) bütün rəqiblərindən üstün olublar. Knyaz Mahmudlu (66 kq) 2-ci, Nazir Talıbov isə 3-cü yeri tutub.
Qeyd edək ki, 21 ölkədən 423 idmançının (234 oğlan, 189 qız) mübarizə apardığı mötəbər sınaqda Azərbaycan yığması 16 nəfərlə (12 oğlan, 4 qız) ilə təmsil olunur.