- Baxış sayı: 33
- 20 Aprel 2025 18:29
- Baxış sayı: 68
- Aprel 20, 2025
- 0
Yeniyetmə cüdoçulardan ibarət milli komandalarının üzvləri Çex Respublikasının Teplitse şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıblar.
Allsport.az xəbər verir ki, Avropa cüdo birliyinin təşkilatçılığı reallaşan təlim düşərgəsi 7-9 apreli əhatə edib.
Hazırlıq prosesində yeniyetmə oğlanlardan ibarət milli komandaya baş məşqçi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmaya baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edib.
Təlim-məşq toplanışı 12-13 apreldə Tbilisidə və 3-4 mayda Qubada keçiriləcək yeniyetmələr arasında Avropa kuboku turnirlərinə hazırlıq məqsədi daşıyıb.