Yeniyetmə qızlar Avropa çempionatına hazırlaşır

Azərbaycanın yeniyetmə qızlardan ibarət milli yığma komandasının üzvləri iyunun 10-dan aprelin 22-dək Bakıda təşkil olunan təlim məşq toplanışında iştirak edirlər.

Allsport.az xəbər verir ki, hazırlıq prosesinə 30-a yaxın idmançı qatılıb.

Hazırlıq prosesi 27-30 iyunda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

Xatırladaq ki, yeniyetmə qızlardan ibarət milli yığmanın cüdoçuları Avropa çempionatına hazırlıq məqsədilə Türkiyə, Almaniya, Çex Respublikasında və dəfələrlə yerli təlim-məşq toplanışlarına qatılıblar.

Cüdoçulara yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi İmamverdi Məmmədov rəhbərlik edir.

Həmin kateqoriyadan