- Baxış sayı: 29
- 23 Aprel 2025 19:03
- Baxış sayı: 53
- Aprel 23, 2025
- 0
18 yaşadək (U 18) yeniyetmə oğlanlar arasında cüdo üzrə “Təhsil” idman mərkəzinin respublika birinciliyi keçiriləcək.
Allsport.az xəbər verir ki, yarış Azərbaycan cüdo federasiyası və “Təhsil” respublika idman mərkəzinin (RİM) birgə təşkilatçılığı ilə baş tutacaq.
Birincilikdə Bakı və regionlardan ümumilikdə 13 idman təşkilatının 170 cüdoçusu medallar uğrunda mübarizə aparacaq. Turnirdə 8 çəki dərəcəsində qaliblər bəlli olacaq.
Oktyabrın 22-dən 23-dək davam edəcək yarış “Zuğulba” tədris-idman bazasında reallaşacaq.