Yeniyetmələrin qitə çempionatında bizi kimlər təmsil edəcək?

27-30 iyunda Bolqarıstan paytaxtı Sofiyada yeniyetmə cüdoçuların Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Azərbaycan bu yarışda 19 nəfərlə təmsil olunacaq.

Qızlarda Xədicə Abdullayeva (40 kq), Leyla Ələkbərova, Nərmin Məmmədli (hər ikisi – 44 kq), Diana Eldarova, Nuranə Hacızadə (48 kq), Vüsalə Hacıyeva, Aysun Məmmədova (52 kq), Aytən Verdiyeva (57 kq), Mələk Bayramlı (70 kq), oğlanlarda Bahadur Feyzullayev, Məhəmmədəli Hüsiyev (50 kq), Nihad Məmişov (55 kq), Nihad Rəhimov (60 kq), Səlim Soltanov (66 kq), Cəsur İbadlı (73 kq), Mehdi Abbasov, Əli Qazıməmmədov (81 kq), Hüseyn Eyvazlı (90 kq) və Sübhan Axundov (+90 kq) mübarizə aparacaqlar.

Fərid Qarayev komanda yarışında mübarizəyə qoşulacaq. Avropa çempionatında cüdoçulara yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Nicat Şıxəlizadə və Emin İskəndərov, yeniyetmə qızlardan ibarət millinin baş məşqçisi Elnur İsmayılov və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcəklər.

Həmin kateqoriyadan