- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Polşa paytaxtı Varşavada cüdoçuların şəxsi Avropa çempionatı başa çatıb. Allsport.az saytının statistika bölməsinin xəbərinə görə, bu yarışda millimiz rekord edib. Fərhad Məmmədovun başçılıq etdiyi komandamız cəmdə 2 qızıl və 3 bürünc medal qazanıb ki, bu da çox yüksək göstərici sayılır. Yığmamızın qitənin ən güclülərinin yarışında indiyədək ən yaxşı uğuru ötən il Tatarıstan paytaxtı Qazanda və Afinada (1993), Parisdə (2001) və Finlaşdiyanın Tampere (2006) şəhərində yiyələndiyi 1 qızıl və 1 gümüş medallardır.
Panlar diyarı tatami ustalarımıza mükafat sayı baxımdan da düşərli olub. Millimiz tarixində heç zaman birdən-birə 5 medal qazanmayıb. Düzdür, keçən il Qazandakı qitə çempionatında ilk dəfə komanda yarışı təşkil olundu və cüdoçularımız yekunda 3-cü yeri tutdu. Amma şəxsi mübarizədə, İslam oyunları kimi mühüm sınaq ərəfəsində, bu nailiyyət inanılmazdır! Millimizin qazandığı nəticə sübut edir ki, güləşdə olduğu kimi, burada da yalnız yerli mütəxəssislərə güvənmək lazımdır.