- Baxış sayı: 91
- 10 Noyabr 2025 18:01
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

Azərbaycan futzal federasiyasının icraiyyə komitəsinin iclası keçirilib.
Allsport.az xəbər verir ki, İK üzvləri yüksək liqanın 2024-2025-ci il mövsümündə iştirak edəcək komandaların siyahısını təsdiqləyib. Cari çempionatda 6 komanda – “Araz-Naxçıvan”, “Baku Fire”, “Neftçi” İK, “Yasamal Bakı”, U-19 və “Şuşa” – iştirak edəcək. Mövsümün püşkü oktyabrın 15-də, saat 14:00-da AFFA-nın konfrans zalında atılacaq. I turun oyunları oktyabrın 22-də keçiriləcək.
Birinci liqada isə 12 komanda iştirak edəcək. Oyunlara oktyabrın 20-də start veriləcək.
“Yay transfer pəncərəsi” isə oktyabrın 21-i, saat 23:59-da bağlanacaq.