Zaqreb qran prisinə kimlər yollanır?

13-15 sentyabrda Xorvatiyanın paytaxtı Zaqrebdə cüdoçuların mükafat yarışı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu sınaqda ölkəmizi qadınlarda Aydan Vəliyeva (52 kq) və Aytac Qardaşxanlı (63 kq) təmsil edəcək.

Kişilərin mübarizəsində Turan Bayramov, Əhməd Yusifov (hər ikisi – 60 kq), Ruslan Paşayev, Nazir Talıbov (66 kq), İbrahim Əliyev, Nəriman Mirzəyev (73 kq), Zəməddin Poladov (81 kq) və Vüqar Talıbov (90 kq) gücünü yoxlayacaqlar.

Mükafat yarışlarında ilk pilləni tutanlar hesablarına 700, 2-ci yerə 490 və 3-cü sırada qərarlaşanlar 350 xal; 5-ci və 7-ci mövqeyə çıxanlar müvafiq olaraq 252 və 182 xal yazacaqlar.

Həmin kateqoriyadan