- Baxış sayı: 53
- 22 Mart 2026 13:36
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

ABŞ-da veteran cüdoçular arasında dünya çempionatının ikinci günü də Azərbaycan komandası üçün uğurlu olub. Allsport.az saytı xəbər verir ki, M-1 kateqoriyası üzrə 100 kq-da mübarizə aparan Zaur Paşayev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.
Buna qədər M-6 kateqoriyası üzrə 90 kq çəkidə çıxış edən Fərhad Rəcəbli baş mükafata sahib çıxıb. Veteran cüdoçuların sınağına noyabrın 21-də yekun vurulacaq.