Zayzenbaxer Vizerdən yaponlarla aranı düzəlməyi xahiş edəcək

23-27 oktyabrda Abu-Dabidə gənc cüdoçular arasında dünya birinciliyi keçiriləcək. Həmin yarışda milli komandamızın iştirakı planlaşdırılır. Ustalardan ibarət tatami ustalarımızın da Birləşmiş Ərəb Əmirliyinin paytaxtına səfəri var. Peter Zayzanbaxerin rəhbərlik etdiyi kollektiv 30 oktyabr – 1 noyabrda Abu-Dabidə təşkil olunacaq «Böyük dəbilqə» turnirində mübarizə aparacaq.

Bu tədbirləri canlı olaraq Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer izləyəcək. Azərbaycan millisinin yeni baş məşçisi İJF rəhbəri ilə yaxın dost olduğundan, ərəb diyarında bir çox məsələlər müzakirə olunacaq, həllini tapacaq. Bu barədə əvvəlki yazılarımızda məlumat vermişik.

Allsport.az saytına daxil olan xəbərə görə, Yaponiyada məlum qalmaqaldan sonra millimizin bu dövlətə səfəri qapanıb. Məlumatı olmayanlara bir daha xatırladaq ki, apreldə «gündoğar ölkə»də təşkil olunan təlim-məşq toplanışında 2 cüdoçumuz mağazadan əliəyrilik etdiyi üçün, yerli hökumət komandamızı «persona non qrata» elan edərək, ada dövləti vaxtından əvvəl tərk etməyi tələb etmişdi.

Yaponiya cüdonun vətəni sayıldığından, orada hazırlıq bütün idmançılara müsbət təsir edir. Yeni ACF rəhbərliyi bunu yaxşı başa düşdüyündən, Zayzenbaxerdən Vizerlə olan dostluğundan yararlanmaq niyyətindədir.

Həmin kateqoriyadan