- Baxış sayı: 36
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Ötən ilin son günündə “Zirvə” İdman Kompleksinin konfrans zalında yekun iclas keçirilib. Allsport.az saytı zirve-ik.com-a istinadən xəbər verir ki, klubun məşqçi və texniki heyətinin, eləcə də rəhbər şəxslərin iştirak etdiyi tədbiri direktor Rizvan Rəsulov idarə edib.
O, ilk olaraq ötən il, daha sonra isə son dörd ildə “Zirvə”nin fəaliyyətinin inkişaf istiqamətlərini, qazanılan uğurlar haqda məlumat veriib: “2014-cü il “Zirve İnternational Sport Clubs” üçün uğurlu illərdən biri olmuşdur. Belə ki, ilin 4 ayı kimi fəaliyyətini davam etdirərək sona çatdırmış “Zirvə” idman klubu öz fəaliyyət sahəsini genişləndirərək “Zirve İnternational Sport Clubs” MMC-yə çevrilmişdir. Hesabat dövrü ərzində klubun idman qurğularında ağır atletika, cüdo, gimnastika, futbol və aykido idman növləri ilə bərabər, bədən tərbiyəsi və sağlamlıq sahəsində fitnes məşğələləri də fəaliyyət göstərmişdir. Qeyd olunan idman növləri üzrə məşğələlərin aparılması və müxtəlif xarakterli yarışların keçirilməsi üçün ZİSC və ZİK-in tabeçiliyində olan idman qurğuları mütəmadi fəaliyyət göstərmişdir.
Bunlardan, AAAF Parkın daxilində şərait və infrastruktur baxımından unikal olan Ağır atletika mərkəzi, Gimnastika zalı, mini-futbol meydançası, fitness mərkəzi, Lənkəran, Lerik, Aşağı Nüvədi-Zirvə Ağır Atletika zalları və Samux, Sumqayıt, Masazır-Zirvə idman klubları ilə bərabər, Moldova və Ankara Altınpark-Akarsu qapalı idman kompleksini qeyd etmək olar. 2015-ci ildə isə Astara ağır atletika və idman-istirahət kompleksində işlər tamamlanaraq Astara yeniyetmələrinin və gənclərinin tam istifadəsinə veriləcəkdir. Bundan başqa 2015-ci ildə ZİSC MMC hal-hazırda istifadəyə verilmiş şahmat, üzgüçülük, böyük tennis kortu fəaliyyətə başlayacaqdır. Hesabat ili ərzində ən əlamətdar hadisələrdən biri də “Zirvə Uşaq İdman Akademiyası”nın və “Zirvə Liseyi”nin fəaliyyətə başlaması oldu. Hazırda Zirvə Uşaq İdman Akademiyası və Zirvə Liseyində 200-dən çox uşaqlara təcrübəli müəllimlər tərəfindən tərbiyə, təlim və tədris prosesləri keçirilir”.
Rəsulov çıxışını bitirərkən tədbirdəki məşqçilərə müraciət edərək, 2015-ci ildə milli komandaya idmançı verərkən klubun icazəsini almağın vacibliyini qeyd edib. O, yalnız Azərbaycan Ağır Atletika Federasiyası tərəfindən klubumuza idmançının dəvəti ilə bağlı məktub ünvanlandıqdan sonra və həmin atletin Klubun hesabına dopinq analizlərinin nəticələrindən sonra baş verə biləcəyini, analiz nəticələrinə görə hər bir məşqçinin məsuliyyət daşıyacağını bildirib.
Sonda 2014-cü ildə fərqlənən idmançılarımız və onların məşqçiləri müxtəlif mükafatalarla təltif olunublar. Belə ki, Kiprin Limassol şəhərində keçirilən U-20 və U-23 gənclərin Avropa çempionatında iştirak edən və birdən qaldırmada bürünc medal qazanan Rüstəm İmanzadə və onun məşqçisi Anra Qasımov, həmçinin həmin yarışda toplamda bürünc medal qazanan Anastasiya İbrahimlinin məşqçisi Hafiz Süleymanov, cüdo üzrə Azərbaycan çempionatında qızıl medal qazanaraq Avropa Oyunlarında çıxış etmək hüququ əldə edən “İsmayıllı-Zirvə” təmsilçisi Günel Həsənli və onun məşqçisi Şəfəqətov Əkbər pul mükafatı alıblar.
Ən böyük hədiyyə, Kiprdəki Avropa çempionatında uğur qazananlara çatıb. Bu yarışda bürünc medal əldə edən Anastasiya İbrahimli, həmçinin gümüş medala layiq görülən Dadaş Dadaşbəyli və onun məşqçisi Şəmsi Səfərli AAAF Park Yaşayış Kompleksində mənzillə təltif ediliblər.
Bütün mükafatları “Zirvə” İdman Kompleksinin direktoru Ruslan Xanverdiyev təqdim etdi. Klubun növbəti dəfə idmançılar və onların məşqçiləri, ümumiyyətlə, sağlam həyat tərzi sürmək, ölkəmizə layiqli vətəndaş olmaq istəyən insanlara daima dəstək olduğunu, bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini göstərib.