- Baxış sayı: 31
- 24 Noyabr 2024 10:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Allsport.az xəbər verir ki, bədii gimnastika üzrə Azərbaycanın yığma komandasının üzvü Zöhrə Ağamirova Fransanın Tiye şəhərində keçirilən 34-cü beynəlxalq qran pri yarışında gürzlərlə qızıl, halqa və topla hərəkətlərin icrasında isə gümüş medala layiq görülüb.
Dünən gimnastımız çoxnövçülük proqramında da gümüş medal qazanmışdı.
Böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri – Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina isə 3 lent və 2 topla gümüş, 5 halqa ilə hərəkətlərin icrasında bürünc medala sahib çıxıb.