- Baxış sayı: 221
- 26 Mart 2026 11:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0
Zöhrə Ağamirova Sofiyada keçirilən bədii gimnastika üzrə dünya çempionatında çoxnövçülüyün finalına çıxıb.
Allsport.az saytı xəbər verir ki, o, 4 növ üzrə çıxışın yekunlarına əsasən 50.650 bal toplayaraq 22-ci yeri tutub. Ondan azacıq geri qalan Veronika Qudis 25-ci mövqedə qərarlaşaraq ehtiyat gimnastların sırasında yer alıb.
Millimiz komanda hesabına görə 9-cu yeri tutur. Yığmamız Zöhrə Ağamirova, Veronika Qudis və Darya Sorokinanın sayəsində 131.700 bal toplayıb.