- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
ABŞ-ın Mayami şəhərində veteran cüdoçular arasında dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisi hesabına yenə medal yazdırıb. Qadınlar arasında F-4 kateqoriyası üzrə 70 kq-da Zülfiyyə Hüseynova yalnız finalda uduzub.
Kişilərin yarışında M-2 kateqoriyasında Zülfüqar Hüseynov (73 kq) bürünc medal uğrunda görüşdə məğlub olub. 55 ölkədən 966 veteran cüdoçunun mübarizə apardığı yarışda Fərhad Rəcəbli (90 kq) və Zaur Paşayev (100 kq) qızıl, Mübariz Cəfərov (81 kq) isə bürünc medal qazanıblar.