Əsas komanda AzAL-a, əvəzedici heyət “Qarabağ”a qarşı

Topaz Premyer Liqasının 3-cü və 4-cü dövrəsi üçün hazırlığını davam etdirən “Sumqayıt” Futbol Klubu bu gün 2 dəfə məşq edib. Allsport.az xəbər verir ki, komanda baş məşqçi Aqil Məmmədovun rəhbərliyi altında səhər məşqində daha çox topla olan çalışmalara üstünlük verib.

Axşam baş tutan məşqdə isə futbolçular fiziki hazırlıq üzərində çalışıb.

“Sumqayıt” hazırlıq mərhələsi çərçivəsində növbəti yoxlama oyununu sabah “Kapital Bank Arena”da AzAL-a qarşı keçirəcək (16:00).

Qeyd edək ki, “Sumqayıt”ın əvəzediciləri də sabah yoxlama oyunu keçirəcək. Samir Abasovun rəhbərlik etdiyi komanda doğma meydanda “Qarabağ”ın əvəzediciləri ilə üz-üzə gələcək (13:00).

Həmin kateqoriyadan