- Baxış sayı: 32
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
Bu gün Bakı idman sarayında dünya çempionatının əsas mərhələsinə hazırlığını davam etdirən futzal millisinin baş məşqçisi Joze Alesio Da Silvanın brifinqi olub. Allsport.az saytı xəbər verir ki, braziliyalı mütəxəssis bunları söyləyib:
“Sabah – 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm. Təlim-məşq toplanışına isə dünəndən başlamışıq. Hazırlığımızı plan üzrə davam etdiririk. Təbii ki, komandanın qarşısına konkret məqsəd qoyulub. Əsas mərhələni qrup qalibi kimi başa vurmalıyıq. İşlərimizi də bu məqsədə nail olmaq istiqamətində qurmuşuq. Ancaq heyətlə bağlı problemlərimiz var. Kardoso Everton və Carvalho Vilela Dos Santos zədə səbəbindən komandaya qoşula bilməyəcəklər.
Rəqiblərimiz haqda məlumat toplamışıq. Hər oyun bizim üçün vacibdi. Slovakiyanın əsas rəqibimiz olduğunu düşünə bilərsiniz, amma buna qədər Moldova və Monteneqronu məğlub etməliyik. Hazırlığımızı da bu istiqamətdə davam etdiririk”.