- Baxış sayı: 69
- 24 Mart 2025 20:08
- Baxış sayı: 71
- Aprel 04, 2025
- 0
Parisdə karate üzrə olimpiya təsnifat turniri davam edir. Allsport.az xəbər verir ki, bu gün Azərbaycanın 2 təmsilçisi yarışda çıxış edib.
Kişilərin mübarizəsində kata növündə Roman Heydərov, qadınlardan isə kumite üzrə Fəridə Abiyeva (61 kq) yarışıb.
6 nəfərlik qrupda 1-ci, 8 nəfərlik qruplarda isə 3 və 5-ci yerləri tutan Heydərov mübarizəni dayandırıb və lisenziya şansını itirib.
Abiyeva isə ilk görüşündə Jaklin Faktosa (Ekvador) 3:1 hesabı ilə qalib gəlsə də, növbəti qarşılaşmada almaniyalı Anna Miqqounun müqavimətini qıra bilməyib. Nəticədə o da lisenziyasız qalıb.
Daha əvvəl Azərbaycanın 3 karateçisi – Rafael Ağayev (75 kq), Firdovsi Fərzəliyev (60 kq) və İrina Zaretska (61 kq) Tokio-2020-də iştirak hüququ qazanıb.