20 Yanvar şəhidlərinin xatirəsinə 10-cu açıq “Arpaçay” karate turniri

Bakı şəhər gənclər və idman idarəsi və Azərbaycan karate federasiyasının birgə təşkilatçılığı ilə 10-cu açıq “Arpaçay” karate turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 17-19 yanvarda Bakı idman sarayında baş tutacaq yarışda 10-a yaxın ölkədən idmançılar iştirak edəcək
Hər il olduğu kimi, 20 Yanvar faciəsi ərəfəsində ənənəvi karate yarışına hazırlıq işləri gedir.

Tədbirlər bağlı fikrini bölüşən “Zeyd” döyüş mərkəzinin 1-ci vitse-prezidenti, “Arpaçay” karate klubunun prezidenti Yavər Hüseynov deyib ki, sayca 10-cu – yubiley yarışına hazırlıq işləri başa çatmaq üzrədir. 3 gün davam edəcək turnirin təntənəli açılış mərasimi 18 yanvarda saat 15:00-da başlayacaq.

Karate idman növünün kata və kumite yarışlarında uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteran idmançılar bütün kateqoriyalar üzrə mübarizə aparacaqlar. Karate turnirində 10-a yaxın xarici ölkədən, eyni zamanda paytaxt Bakıdan və Azərbaycanın əksər regionlarından 700-ə yaxın idmançının iştirakı gözlənilir.

Həmin kateqoriyadan