- Baxış sayı: 71
- 30 Noyabr 2025 23:49
- Baxış sayı: 44
- Dekabr 05, 2025
- 0

13-14 yanvarda Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə 2-ci “Arpachay Open” beynəlxalq karate turniri keçiriləcək.
Allsport.az saytı xəbər verir ki, yarışlarda uşaqlar, yeniyetmə və gənclər mübarizə aparacaqlar. Fərdi kata və kumitedən əlavə, adı sonuncu çəkilən növdə komanda çıxışları da olacaq.
Tədbirin açılışı ayın 14-də saat 17:00-da başlayacaq.