- Baxış sayı: 47
- 14 Aprel 2025 21:32
- Baxış sayı: 89
- Aprel 14, 2025
- 0
Sabah Çin Xalq Respublikasında taekvondoçuların “Böyük dəbilqə” mərhələsinə start veriləcək. Allsport.az saytı xəbər verir ki, olimpiya çəki dərəcələrində keçiriləcək yarış yanvarın 30-dək davam edəcək. Bir aylıq sınaqda Rio-2016-nın mükafatçısı, dünya və Avropa çempionu Milad Beigi Hərçəqani (80 kq) mübarizə aparacaq.
İslam oyunlarının qalibi Ayxan Tağızadə (68 kq) yanvarın 6-da, olimpiya, dünya və Avropa çempionu Radik İsayev (+87 kq) ayın 13-də döyüşlərə qatılacaqlar. Hər çəki dərəcəsində 12 idmançının mübarizə aparacağı yarışlar ay ərzində həftə sonları keçiriləcək.