- Baxış sayı: 71
- 30 Noyabr 2025 23:49
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Bu gün III MDB oyunlarında Mingəçevir “Kür” olimpiya kompleksində karate yarışında 55 kq-da Azərbaycan finalı yaşanıb. Allsport.az saytı xəbər verir ki, Mədinə Sadiqova komanda yoldaşı Nəzrin Piriyevaya qalib gəlib.
Digər təmsilçimiz Nuran Rzazadə (67 kq) qırğızıstanlı Yerlan Akılbekə qalib gəlib (7:3) və qızıl medal qazanıb.
Bundan başqa Roman Heydərov (kata) özbəkistanlı Səməndər Urazaliyevə qalib gələrək qızıl medala sahib çıxıb.
İnci Əzizova (50 kq), Aslan Dostuyev (67 kq), Ramilə Heydərova və Rövşən Əliyev (hər ikisi – kata) yarımfinalda uduzduqları üçün bürünc mükafatla kifayətləniblər.
Karate yarışına oktyabrın 4-də yekun vurulacaq.