- Baxış sayı: 31
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
AFFA-nın və Sabirabad icra hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun olimpiya idman kompleksində “Açıq əyləncəli futbol məktəbi” layihəsi çərçivəsində növbəti tədbiri keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda AFFA-nın 1-ci vitse-prezidenti Rauf Əliyev, Sabirabadın icra başçısı Nazim İsmayılov, millət vəkilləri Elçin Quliyev, İlham Əliyev, gənclər və idman idarəsinin rəisi Nadir Quliyev və layihənin kordinatoru Kərim Ağayev iştirak ediblər.
12 ildir təşkil olunan və 25 mindən artıq uşağın yararlandığı layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Tədbirin sonunda uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb, onların təqdimatında müxtəlif idman hərəkətləri izlənilib.