AAF bölgələrdə idmanın inkişafına dəstək göstərir

Azərbaycan ağırlıqqaldırma federasiyası sözü gedən idman növünün bölgələrdə inkişafına dəstəyini davam etdirir.

Allsport.az xəbər verir ki, AAF rəhbərliyi tərəfindən federasiyaya müraciət edən idman məktəbləri və klublar bölgü əsasında dəst avadanlıqla təmin olunur.

Belə ki, AAF tərəfindən Naxçıvan muxtar respublikası təhsil nazirliyi Şərur rayon təhsil şöbəsinin uşaq gənclər idman məktəbinə beynəlxalq standartlara uyğun ştanq dəsti təhvil verilib.

Avadanlıq məktəbin məşqçisi Şəfi Hüseynova təqdim edilib.

Bir neçə gün öncə isə AAF tərəfindən Qazax-Tovuz regional gənclər və idman idarəsinin Qazax rayon uşaq-gənclər idman məktəbinə tam dəst ştanq avadanlığı göndərilmişdi. Ştanq dəsti məktəbin baş məşqçisi Sərxan Qasımlıya təhvil verilmişdi.

Yaxın zamanda AAF-a müraciət edən daha bir neçə məktəb və kluba avadanlıq təminatı ilə bağlı dəstək göstərilməsi planlaşdırılır.

Həmin kateqoriyadan