- Baxış sayı: 56
- 24 Aprel 2025 23:56
- Baxış sayı: 18
- Aprel 25, 2025
- 0
Bu gün “Azərsun arena”da mövsümünə yekunu ilə başlı mükafatlandırma keçirildi. Allsport.az saytı xəbər verir ki, tədbirdən sonra “Qarabağ”ın prezidenti Abdulbari Gözəl jurnalistlərin suallarını cavablandırdı:
– Bu çempionluğu necə dəyərləndirərdiniz?
– Yeni transferlər olacaqmı?
– Mütləq! Bir neçə gün səbirli olsanız, görəcəksiniz.
– Avropanın transfer bazarında qiymətlərin qalxması “Qarabağ”ın siyasətinə təsir edəcəkmi və büdcəniz artırılacaqmı?
– Büdcə ötən mövsümlərdəki kimi olmayacaq. Amma təbii ki, bu gün Avropa ilə ayaqlaşmaq çox çətindir. Onlar illərin klublarıdır, bilet satırlar, gəlirləri var. Onlar klubdan pul qazanırlar. Biz isə kluba sərmayə qoyuruq. Qoy, Azərbaycanda elə bir gün yetişsin ki, camaat varlansın, pullansın, biz də biletin birini 50 manata sataq. O zaman bizim də pulumuz olacaq, biz də Avropadakı klublar kimi olacağıq.
– Bəs qoyduğunuz vəsaitin Avropadan sizə gəlir gətirəcəyini nəzərə almısınız?
– Əlbəttə, bunu nəzərə alırıq. Çünki avrokuboklara yüksəlməsək, çox şey itiririk. Vəsiqə qazandıqda xərcimizin çox hissəsini geri qaytara bilərik. İrəli getməyə məcburuq. Futbol isə yuvarlaqdır. Dönə-dönə hara getdiyi bilinmir. Bir az da şans, cürət, çalışmaq öz rolunu oynayır. Biz komandaya tam dəstək veririk.