- Baxış sayı: 32
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
AFFA-nın apellyasiya arbitraj tribunalının iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda Rəşid Gholipour Tazəkəndi, Əmir Şojaei və Əşrəf Soorghəli tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilib.
“Boz ev”in 20 may 2019-cu il tarixli qərarı ilə 17 may 2019-cu il tarixində baş tutan futzal üzrə yüksək liqanın “Araz” – “Xəzər Cənub” oyunundan sonra “Xəzər Cənub” komandasının futzalçılarının hakimə fiziki təsir göstərdiyinə cəzalandırıldığı 12 ay müddətin qalan hissəsi şərti hesab edilməklə futzalçılar cəzadan azad edilib.
Qalan müddət ərzində futzalçılar eyni əməllərə təkrar yol verəcəkləri halda, cəzadan şərti olaraq azadetmə ləğv olunacaq və cəzanın çəkilməmiş hissəsi də üzərinə əlavə olunmaqla 12 ay müddətinə cəzalandırılacaqlar.