AFFA 65 yaşlı həmkarımızı təbrik edib
23 dekabr 2017 / 11:00 Baxış sayı: 1115 Elxan Məmmədov AFFA-nın inzibati binasında tanınmış jurnalist, “Əməkdar mədəniyyət işçisi”, müxtəlif dövrlərdə futbol sahəsində, o cümlədən bu təşkilatda çalışmış Məzahir Süleymanzadə ilə görüşüb.
Allsport.az saytı xəbər verir ki, baş katib AFFA rəhbərliyi və futbol ictimaiyyəti adından 65 illik yubileyi münasibətilə həmkarımızı təbrik edib.
O, yubilyara xoş arzularını çatdırıb. Məzahir Süleymanzadə göstərilən diqqətə görə AFFA-ya minnətdarlığını bildirib.