- Baxış sayı: 28
- 16 Aprel 2025 19:20
- Baxış sayı: 89
- Aprel 14, 2025
- 0
AFFA-nın təsis olunmasının 30-illiyinə silsilə tədbirlər çərçivəsində bu gün “Dalğa arena”da yoldaşlıq oyunu olub. Allsport.az saytı xəbər verir ki, “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanan oyunda AFFA-nın, PFL-in əməkdaşlarından və Azərbaycan millisinin məşqçilərindən ibarət komanda ilə premyer liqada çıxış edən klubların əməkdaşlarından və həmin klublarda çalışan məşqçilərdən təşkil olunmuş komanda üz-üzə gəlib.
Hər 2 heyəti yubiley münasibətilə təbrik edən, xatirə şəkli çəkdirən AFFA-nın prezidenti Rövnəq Abdullayev, veteran futbolçular Kazbek Tuayev və Çingiz İsmayılovla birlikdə rəmzi olaraq topa ilk toxunuşu ediblər.
FİFA referisi Əliyar Ağayevin idarə etdiyi gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşma 5:5 hesabı ilə başa çatıb. AFFA-nın heyətində İlqar Qurbanov (2), Arif Əsədov, Fərrux İsmayılov və Zaur-Hacı Məhərrəmov fərqləniblər. Klubların qolların isə Xaqani Məmmədov (4) və Zaur Tağızadə vurublar.