- Baxış sayı: 10
- 06 Fevral 2026 23:16
- Baxış sayı: 225
- Fevral 04, 2026
- 0

Bu gün Bakı olimpiya stadionunda Azərbaycan futbol federasiyaları assosiasiyası və Qarabağ dirçəliş fondu arasında əməkdaşlığa dair “Anlaşma memorandumu”nun imzalanması olub. Allsport.az saytı xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və QDF-in idarə heyətinin sədri Rəhman Hacıyev imzalayıblar.
Razılığa əsasən, AFFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının bütün ev oyunlarında bilet satışı zamanı əldə olunan gəlirin 10 (on) faizini QDF-ə ianə edəcək. Bundan başqa, AFFA tərəfindən Azərbaycan milli komandasının oyunları zamanı ictimaiyyət arasında ianəçilik mədəniyyətinin təbliğinə geniş yer veriləcək.
Memorandumun şərtlərinə uyğun olaraq, AFFA-nın dəstəyi ilə keçirilən digər peşəkar və həvəskar futbol turnirləri çərçivəsində də QDF-in təşəbbüsləri dəstəklənəcək. Qarabağ dirçəliş fondu isə öz növbəsində keçirəcəyi tədbirlər zamanı AFFA-nı tərəfdaş kimi qeyd edəcək.