“Agerpres”də Bakı-2015-ə hazırlıqdan bəhs edən məqalə yer alıb

Rumıniyanın “Agerpres” milli xəbər agentliyinin internet səhifəsində AzərTAc-ın Rumıniyadakı müxbiri İqbal Hacıyevin “Bakı Avropa Oyunlarını qəbul etməyə hazırlaşır” sərlövhəli məqaləsi yerləşdirilib. Allsport.az xəbər verir ki, fotoşəkillərlə müşayiət olunan məqalədə Bakı-2015 Avropa Oyunları ilə bağlı ölkədə aparılan hazırlıq işləri, yarışların keçirilməsi üçün yeni tikilən və bərpa olunan idman kompleksləri barədə ətraflı məlumat verilir.

Müəllif, həmçinin idmançılar üçün yaradılmış şəraitdən, olimpiya şəhərciyindən, Bakının gözəlliyindən, İçərişəhərdən, Dənizkənarı parkdan, Heydər Əliyev Beynəlxalq Hava Limanından, KİV-lər üçün nəzərdə tutulmuş Media Mərkəzindən də bəhs edir. Məqalədə Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yarışların yüksək səviyyədə keçirilməsinə göstərdikləri dəstək xüsusi vurğulanır, Bakı-2015 Avropa Oyunları Avropanın tarixində baş verəcək bir bayram kimi səciyyələndirilir.

Həmin kateqoriyadan