- Baxış sayı: 17
- 25 Noyabr 2024 12:11
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Azərbaycan İdman Jurnalistləri Federasiyası futbolçu Fuad Bayramovun azerisport.com-a qalmaqallı müsahibəsi ilə bağlı vəziyyəti araşdırıb. Allsport.az saytı xəbər verir ki, Fuad Bayramov sayta müsahibəsində, baxışda olduğu Qazaxıstanın “Aktobe” klubunda ondan pul qoparılması cəhdindən bəhs edib. Bu müsahibə Qazaxıstan mətbuatında ciddi rezonans doğurub. Lakin Fuad Bayramov sonradan klubun mətbuat xidmətinə açıqlama verərkən, bildirib ki, onun sözləri saytda ya təhrif edilib və ya səhvən elə yazılıb. Buna cavab olaraq, Azerisport.com saytı futbolçunun səs yazısını yayaraq, heç bir səhvə yol vermədiyini və futbolçunun sözlərini təhrif etmədiyini sübut edib.
AİJF bəyan edir ki, bəhs edilən məsələdə Azərbaycan idman saytının jurnalistləri futbolçu Bayramovun sözlərinin təhrifsiz, olduğu kimi dərc etdiklərini və haqlı olduqlarını sübut ediblər, heç bir qanun pozuntusuna yol verməyiblər. AİJF futbolçuya tövsiyə edir ki, növbəti dəfə müsahibə zamanı danışdığı sözlərin məsuliyyətini dərk etsin və sonradan təkzib verməyə, idman mediasını qaralamağa cəhd göstərməsin.
Bəyanatın mətni Qazaxıstan İdman Jurnalistləri Assosiasiyasına göndərilməklə, azərbaycanlı idman jurnalistinin təhrif və qərəzə yol vermədiyinin Qazaxıstan mətbuatında da işıqlandırılması üçün müraciət ediləcək.