- Baxış sayı: 39
- 11 Aprel 2025 23:43
- Baxış sayı: 37
- Aprel 11, 2025
- 0
Azərbaycan idman jurnalistləri ictimai birliyinin futbol komandası Gürcüstan idman jurnalistləri assosiasiyasının təşkilatçılığı ilə futbol turnirində qüvvəsini sınayacaq. Allsport.az saytı xəbər verir ki, Tiflisdə tanınmış idman şərhçisi Kote Maxaradzenin xatirəsinə ardıcıl 2-ci dəfə AİJ İB dəvət olunub.
Gənclər və idman nazirlinin dəstəyi ilə səfərə yola düşən komanda artıq qonşu ölkədədir. Turnir 27-29 oktyabrda keçiriləcək. Yarışda komandamızın aşağıdakı heyətlə təmsil olunur:
1. Firuz Abdulla – AİJİB-nin vitse-prezidenti
2. Emin Abbasov – Sportal.az saytı
3. Ramiz Mirzəzadə – CBC Sport TV
4. Faiq Tahirov – Futbolpress.az saytı
5. Anar Hacıyev – “Qəbələ” FK mətbuat xidməti
6. Teymur Maksutov – 1news.az saytı
7. Xanoğlan İmanov – Sportinfo.az saytı
8. Mirbağırağa Cəfərli – Azerisport.com saytı
9. Etibar Tağıyev – Affa.az saytı
10. Asəf Zeynalov – CBC Sport TV