- Baxış sayı: 40
- 18 Noyabr 2024 20:37
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Azərbaycan karate federasiyasının (AKF) idarə heyətinin növbəti iclası keçirilib.
Allsport.az xəbər verir ki, qurumun prezidenti Ülvi Quliyevin rəhbərliyi ilə baş tutan toplantının gündəliyindəki əsas məsələlərdən biri məşqçi-müəllimlər üçün imtahan və seminarların təşkili, eləcə də onlara lisenziyaların verilməsi olub.
Bildirilib ki, təkcə ötən ilin dekabrında 3 seminar keçirilib və burada ümumilikdə 92 məşqçi-müəllim iştirak edib.
İclasda həmçinin AKF-in regionlar üzrə nümayəndəliklərin yaradılması və yerlərdə müvafiq şəxslərin nümayəndə qismində təyinatı müzakirə edilib. Bununla bağlı namizədlərin siyahısı yaxın günlərdə AKF rəhbərliyinə təqdim olunacaq.
Toplantı zamanı AKF-də fəxri prezidentlik institutun yaradılması məsələsi də müzakirə olunub və bu istiqamətdə müvafiq qərarlar qəbul edilib.
İclasın sonunda tamamlanma mərhələsində olan AKF-in rəsmi saytı ilə bağlı federasiya rəhbərliyinə hesabat verilib. Saytın yaxın günlərdə tam olaraq istifadəyə verilməsi qərara alınıb.