- Baxış sayı: 29
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 31
- Noyabr 21, 2024
- 0
Çempionlar liqasının ilkin mərhələsindəki rəqibləri müəyyənləşən “Araz-Naxçıvan”ın baş məşqçi Joze Alesio Da Silva azfutzal.az-a açıqlama verib. Allsport.az xəbər verir ki, o, püşkü dəyərləndirib:
“Rəqiblərimiz bu mərhələnin ən güclü komandalarıdır. Digər qruplara baxıram, orada 2 güclü klub yer alıbsa, bizim qarşılaşacağımız iştirakçıların azı üçü iddialıdır. “Araz-Naxçıvan” kimi, Latviya və Finlandiya təmsilçiləri də mübarizəni növbəti mərhələdə davam etdirmək istəyirlər. Cəbəllütariq təmsilçisi isə debütandır, amma “turist” deyil.
“Raba” haqda az da olsa məlumatım var. Bilirəm ki, onlar Latviyanın son çempionudurlar. Yaxşı komandadır. Heyətində 5 braziliyalı futzalçı yer alıb. Ola bilsin, bizimlə oyuna qədər bu say artsın. Həmin əcnəbi oyunçular demək olar, iki ildir bir yerdə çıxış edirlər. Baş məşqçiləri də kifayət qədər təcrübəlidir. Finlandiya təmsilçisinə gəldikdə, bu klubun əksər üzvü milli komandanın formasını geyinir. Yəni “Kampuksen Dinamo” Finlandiya millisinin bazası hesab olunur. Bu ölkənin yığmasının da son illərdəki çıxışı haqda ancaq xoş sözlər demək olar. Komanda Avropa çempionatının final mərhələsində çıxış edəcək. Əlbəttə, həm “Raba”a, həm də “Kampuksen Dinamo” ilə görüşlər çox çətin keçəcək.
Artıq hazırlıq planını tərtib etmişik. İyulun 20-də Bakıya dönəcəm və komandanın məşqlərinə start verəcəyik. İdman zallarının açılması yaxşı xəbər oldu. Məşqlərimizi müntəzəm keçəcəyik. Heyətimizi böyük ölçüdə qorumağı bacardıq. Gücləndirmə istiqamətində transfer çalışmalarımızı da davam etdiririk. Danışıq apardığımız futzalçılar var. Şərtlərimiz üst-üstə düşsə, heyətimizə cəlb edəcəyik. Sadəcə, indidən ad açıqlamaq istəmirəm”.