- Baxış sayı: 71
- 30 Noyabr 2025 23:49
- Baxış sayı: 108
- Dekabr 05, 2025
- 0

Azərbaycan Milli Karate Federasiyasının getdikcə ağırlaşan maliyyə vəziyyəti artıq əsas komanda üzvlərinin məsul beynəlxalq yarışlarda nəticələrinə də təsir göstərməkdədir.
Allsport.az saytı az.karate.az-a istinadən xəbər verir ki, İstanbulda Dünya Karate Federasiyasının nüfuzlu yarışlarından olan karate1 liqasının “A seriyası”nda böyük heyətlə iştirak edən yığmamız 2 bürünc medalla kifayətlənib. Gənclər və ustalardan ibarət seçmədən yalnız Rafael Ağayevlə (75 kq) və İrina Zaretska (68 kq) 3-cü pilləni tutublar.
Qarşıda yeniyetmə və gəncləri oktyabrın son günləri İspaniyada dünya çempionatı gözləyir. Bu sınaq 2018-ci ilin yayında Argentinada Yeniyetmələrin olimpiadasına lisenziya xalları qazandıran 3 rəsmi yarışdan 2-cisidir. Hazırlıqlar üçün ciddi çətinliklər olsa da, təlim-məşq toplanışı davam edir.