Anım gününə həsr olunmuş turnir

Azərbaycan milli karate federasiyası və Azərbaycan karate təşkilatının vətən müharibəsinin anım günü və zəfərin ildönümünə həsr etdiyi karate üzrə Bakı şəhər birinciliyi və çempionatı keçirilib. 

Allsport.az xəbər verir ki, kata və kumite üzrə fərdi yarışlar 8-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər, Bakı şəhər gənclər və idman baş idarəsi, AMKF və AKT-nin müvafiq diplom və medalları uğrunda mübarizə aparıblar. Karate ilə yeni məşqul olanlar və daha təcrübəli idmançılar arasında yarışda paytaxt və regionlardan 20-dan artıq klubu təmsil edən 200-dək oğlan və qız iştirak edib. 

Həmin kateqoriyadan