- Baxış sayı: 85
- 23 Noyabr 2025 10:00
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

Parataekvondo üzrə milli komandanın iyunun 15-dən 30-dək Anqarada Türkiyə komandası ilə birgə keçirdiyi təlim-məşq toplanışına yekun vurulub.
Allsport.az xəbər verir ki, toplanışın son günündə baş məşqçi Fərid Tağızadə tərəfindən türkiyəli həmkarı İbrahim Mərciməkə xatirə hədiyyəsi təqdim olunub.
Anqarada kişi idmançılardan Sabir Zeynalov (58 kq), Amin Əliyev (58 kq), Ayxan Nuruyev (58 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq), İmran Bağırov (70 kq), Orxan Cəfərov (80 kq) və qadın parataekvondoçu Səmayə Həsənova iştirak ediblər.