- Baxış sayı: 57
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 45
- Dekabr 05, 2025
- 0
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 2:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Çətin olacağını bilirdik. Komandaların ustalıq səviyyəsi eyni deyil. İki müdafiəçinin səhvindən qol buraxdıq. Bütün qollarda müdafiəçilərimizin kobud səhvləri vardı. Müdafiədə mütləq dəyişiklik etməliyik. Dəyişiklik olmasa, belə davam edəcək”.