- Baxış sayı: 58
- 22 Mart 2026 15:42
- Baxış sayı: 125
- Mart 25, 2026
- 0
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində “İnter”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“İnter” bizim üçün həmişə çətin rəqib olub. Buna baxmayaraq, bu gün yaxşı oyun sərgilədik. Sona qədər mübarizə aparan futbolçulara təşəkkür edirəm. Qələbə əldə edə bilməsək də, 1 xal qazandıq. Hücumda zəif deyildik. Sadəcə, “İnter” boşluqlar yaratmadı”.