- Baxış sayı: 91
- 10 Noyabr 2025 18:01
- Baxış sayı: 35
- Dekabr 05, 2025
- 0

Çempionlar liqasında ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” klubu mübarizəyə ilkin mərhələdən başlayacaq. Allsport.az xəbər verir ki, UEFA bu gun ilkin mərhələdə iştirak edəcək klubların siyahısını açıqlayıb.
Əsas mərhələyə vəsiqə uğrunda 32 komanda yarışacaq. İlkin mərhələnin püşkü iyulun 7-də, saat 17:00-da atılacaq. Oyunlar isə avqustun 20-dən 25-dək keçiriləcək.
Reqlamentə əsasən, komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupda mübarizə aparacaq. Yalnız qrup qalibləri və ikinci pilləni tutmuş ən yaxşı göstəriciyə malik bir komanda (ümumilikdə 9 komanda) əsas mərhələyə vəsiqə qazanacaq və 23 komandaya qoşulacaq. Əsas mərhələnin püşkü isə avqustun 30-da atılacaq. Oyunlar bu il oktyabrın 26-dan 31-dək keçiriləcək. Ümumilikdə isə bu ilki çempionlar liqasında 51 federasiyadan 55 klub qatılacaq.